Goranboyun Veysli kəndində yaşayan Kəlbəcər sakini Qurban Ələkbərov 20 ildən artıqdır tənəkə ustası olaraq fəaliyyət göstərir. Maraqlı əl işləri olan usta yaşadıqları kənddə Qarabağ döyüşlərinin iştirakçısının illərdir düşündüyü formada çardaq hazırlayıb. Maraqlı əl işi Azərbaycan və Türkiyə bayraqlarını əks etdirir.
Mynews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Qurban Ələkbərov bir ay vaxt sərf etdiyi sənət əsərinin o qədər də asan başa gəlmədiyini deyir.
Hündürlükdə yığılan bayraqların uzunluğu dörd, eni isə iki metrə bərabərdir. Usta bayrağın üzərindəki ay-ulduzun da əl işi olduğunu bildirir. Tənəkə ustası öz bacarıqlarını digər həvəskarlara da öyrədir. Kəlbəcər sakinin növbəti maraqlı əl işi, Azərbaycanın xəritəsini hazırlamaq olacaq.
Görənlərin diqqətini çəkən çardağa ev sahibi dörd min manatdan artıq xərc çəkib. Veyisli kəndinin müxtəlif hissələrindən görünən evə maraq böyükdür. Bura gələnlər şəkil, video çəkib paylaşımlar edirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub