Qızla oğlanın ilk görüşdə etdiyi 7 səhv - VİDEO

1437
Qızla oğlanın ilk görüşdə etdiyi 7 səhv - VİDEO

Bü gün sizə çoxunun yaralı nöqtəsi olan ilk görüşdən danışacağıq. Çox güman ki, ilk görüşdə necə davranmalı olduğunuzu çoxunuz bilmirsiniz. Bu səbəbdən də edilən yanlışlar ilk görüşü kabusa çevirə bilər.

BAKU.WS sizin üçün ilk görüşdə edilən 7 səhvi nəzərinizə çatdıracaq.

1. Pis əhval-ruhiyyə - İlk görüşdə əks tərəf ümüdlərinizi doğrultmadısa edə biləcəyiniz bir şey yoxdur, qalxıb gedə bilərsiz. Əgər görüşə pis əhval-ruhiyyə ilə gəlirsinizsə, bu sizi 2-ci dəfə görmək istəyini minimuma endirəcək. Axı, pis əhval-ruhiyyə səmimi bir gülüşü itirir.

Məsləhət: Pis əhval-ruhiyyədə görüşə getməyin. Ən pis haqqında yox, ən yaxşı şeylər haqqında düşünün. Yaxşını düşünmək hər zaman müsbət enerjiləri həyatınız çəkib gətirəcək.

2. Spirtli içkilər - Əgər görüş səhər və ya günorta vaxtı baş tutarsa, onda kofe və şirniyyat sifariş etmək daha uyğun olar. Bu vaxt alkoqol içmək düzgün olmaz əlbəttə ki... Amma əgər görüş axşam baş tutarsa bir bokal çaxır içməkdə hər hansı bir problem yoxdur.

Məsləhət: Bədəninizin reaksiya sizi təəccübləndirməsin deyə əvvəlcə sınadığınız yemək və içkiləri seçin.

3. Yanlış paltar - yəni mövsümə və hava şəraitinə uyğun olmayan, parlaq və ya əksinə çox boz rəngli geyimlər seçməyiniz məsləhət deyil. Klassik və rahat paltarları seçin. Araşdırmalara görə ilk görüşdə xanımlar don və ya ətək geyinərsə daha müsbət təəssurat yaradır. Kişilərdə isə mavi cins və ağ köynək kombinasiyası 70 faiz qadınların daha çox xoşuna gəlir.

4. Keçmiş münasibətlər - Köhnə sevgiliniz haqqında danışmayın. (Necə deyərlər olan olub, keçən keçib).

5. Söhbət üçün yanlış mövzular - Keçmiş sevgililər və iş mövzularından başqa ilk görüşdə müzakirə edilməməli olan digər mövzular da var. Buna sağlamlıq problemləri, din, siyasət, ədalətsizlik, əsl məhəbbət, çox pul və ya pulun olmaması daxildir.

6. İş haqqında danışmaq - İşlə əlaqədər söhbətlər bəzən bir az sıxıcı ola bilər. Bunun yerinə işlə bağlı maraqlı hekayə danışa bilərsiz.

7.Tənqid - İlk görüş insanı tanımaq üçün olduqca əhəmiyyətlidir. Əlbəttə ki, insanı ilk dəfədən dəyişə bilməzsiniz. Ona görə də, ilk andan onu dərhal tənqid etməyə başlamayın.

Xəbər lenti