Yeni doğulan uşağın göbək bağının basdırıldığı yer onun taleyini müəyyən edərmi?
Bu sualı izləyicilərdən biri Türkiyəli ilahiyyatçı Nihad Hatipoğluna verib.
İlahiyyatçı bunun batil inanclar olduğunu deyib: “Bu adətin haradan gəldiyini bilmirəm. Amma reallıqla heç bir əlaqəsi yoxdur. Nə “Qurani-Kərim”də, nə peyğəmbərimizin əmrində, nə də ağılda bu məsələyə yer yoxdur.
Kimi göbək bağını Məkkəyə, kimi də Londona, Parisə göndərir. Bununla da uşaqlarının həmin şəhərlərdə yaşamaq arzularının gerçək olacağını düşünürlər. Bunlar batil inanclardır. Göbək bağını məscidin həyətinə basdırsanız, uşaq böyüyəndə din adamı olmaz. Təki olsun amma, göbək bağını basdırdınız deyə olmaz. Məktəbin həyətinə basdırsanız da, müəllim olmaz. Böyüyəndə istədiyi sənəti seçməsi üçün əziyyət çəkər və Allah da nəsib edər. Amma bunun göbək bağı ilə əlaqəsi yoxdur, yəni bu əməl taleyə təsir etməz”, - deyə ilahiyyatçı bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub