Dünya şöhrətli "Beatles" qrupunun üzvü Corc Harrison, həyat yoldaşı Petti Boyd və digər məşhur müğənni Erik Kleptonarasında qeyri-ənənəvi münasibət bir zamanlar medianı uzun müddət məşğul edən məsələlərdən olub.
Qaynarinfo xəbər verir ki, "Beatles" qrupunun 1964-cü ildə çəkilmiş "A Hard Day's Night" filmində çıxış edən model Petti Boyd Corc Harrisondan avtoqraf almaq üçün yaxınlaşır və ikili arasında sevgi münasibəti başlayır. O zaman fotoqraf Erik Sveyn ilə nişanlı olan Boydun qadağan olunmuş sevgisindən medianın xəbəri olur və o nişanlısından ayrılır.
1966-cı ildə evlənən Boyd və Harrisonun münasibəti 1977-ci ilə qədər davam edir.

Daha sonra isə Erik Klepton ilə işləməyə başlayan Corc Harrisonun həyat yoldaşı və Klepton arasında sevgi münasibəti başlayır. Klepton hətta Nizami Gəncəvinin "Leyla ilə Məcnun" əsərindən təsirlənərək Pettiyə məşhur "Layla" mahnısını yazır. Harrisona onun həyat yoldaşına sevgisini etiraf edən Klepton gözlənilməz cavab alır: "Onu ala bilərsən, mən də sənin sevgilini götürəcəyəm". Beləliklə ikilinin ailə həyatı yekunlaşır. 1979-cu ildə evlənən Petti və Kleptonun ailə həyatı isə 9 il davam edir.

Qeyd edək ki, Kləptonun "Layla" mahnısı "Grammy" mükafatına layiq görülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub