Özü hərbi formada, gəlin maşını və bəylik stolu isə Azərbaycanın üç rəngli bayrağı ilə bəzədilib.
Mynews.az bildirir ki, görüntülər aprel qazisi Anar Məmmədovun toyundandır. O, aprel döyüşlərində bir qolunu itirsə də bu onun arzularının reallaşmasına mane ola bilməyib. Aprel qazisi hərbiçi xanımla özünə toy edib.
Silahlı qüvvələrimizin zabitinin hərbi geyimdə toya gəlməsi isə iştirakçıların marağına səbəb olub.
Ehtiyatda olan kapitan Anar Məmmədovun sözlərinə görə, hərbiçi olmaqla yanaşı öz toyunda hərbi forma geyinmək də ən böyük arzusu olub.
Bəyin xanımı Zülfiyyə Yusifzadə də hazırda silahlı qüvvələrdə xidmət edir. Deyir ki, Anardan belə bir təklif gələndə müsbət qarşılıyıb.
Təbii ki toyda ən çox sevinənələrdən biri də bəyin anası İradə Məmmədova idi.
Qeyd edək ki, toyda bəyin hərbiçi yoldaşları ilə yanaşı, Müdafiə Nazirliyinin nümayyəndələri də iştirak ediblər. /xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub