"Xristianların İsa peyğəmbərin doğuşu olaraq qeyd etdiyi Yeni il bayramı əslində keçmişdə türklərin Doğuş bayramı və ya digər adı ilə Şam bayramı olub".
Mynews.az media24.az-a istinadla xəbər verir ki, bu haqda Türkiyənin "Sözcü qəzeti"nin yazarı Uğur Dündar iddia edib.
Onun sözlərinə görə isə xristianlar bu bayramı türklərdən öyrənib:
"Türkərin tək Tanrılı dinlərə daxil olmasından öncə özlərinəməxsus inancları vardı.
Əvvəlki inanclarına görə, yer planetinin tam ortasında bir ağac mövcud imiş. Bu ağacın təpəsi göydə oturan Tanrı Ülgenin sarayına qədər uzanırmış. Gecəni, gündüzü və günəşi idarə edirmiş. Günəş türk aləmində çox önəmli olub. 22 dekabrda gecə gündüzlə savaşır və gündüz zəfər qazanır. Bu Günəşin yenidən doğuşu bayram olaraq qeyd olunur.
Astranomiyaya görə isə o gündən etibarən gecələr qısalmağa, gündüzlər isə uzanmağa başlayıb. Daha sonra hər il türklər bu ağac altında bayramı qeyd ediblər.
Xristianlar da hunlardan öyrənib. Onlardan görərək bu adəti davam ediblər. İsanın doğumu ilə heç bir əlaqəsi yoxdur".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub