Yaponlar uzunömürlü olmaq üçün bunları edirlər Mükəmməl sağlamlıq sirri

871
Yaponlar uzunömürlü olmaq üçün bunları edirlər Mükəmməl sağlamlıq sirri

Yaponlar əldə etdikləri uğurlardan daha çox uzunömürlü olmaları ilə öyünürlər. Statistik göstəricilər və Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada ən uzunömürlü xalq yaponlardır.

Mynews.az publika.az-a istinadən yaponların sağlamlıq sirri haqqında məlumatları təqdim edir:

1. Telefonu sol qulağınıza tərəf qoyun.

2. Sutkada 1 fincandan çox qəhvə içməyin.

3. Soyuq su ilə dərman içməyin.

4. Axşam 5-dan sonra qida qəbul etməyin.

5. Yağlı qidalardan minimal istifadə edin.

6. Səhərlər daha çox, axşamlarsa daha az su için.

7. Mobil telefonları enerji doldurma qurğularına taxanda onların yaxınlığında durmayın.

8. Yuxu üçün ən münasib vaxt axşam saat 10-dan səhər saat 6-dəkdir.

9. Əgər yatmazdan əvvəl dərman içmisinizsə, üfüqi vəziyyətdə dayanmayın.

10. Əgər mobil telefonun batareyası cəmi 1 faiz qalıbsa, ondan istifadə etməyin, çünki bu halda radiasiyanın səviyyəsi 1000 dəfə çox olur.

Sağlamlaşdırma şirələri

Kök + Zəncəfil + Alma - İmmun sistemini dəstəkləyir və orqanizmi təmizləyir.

Alma + Xiyar + Kərəviz - xərçəngin qarşısını alır, xolesterin səviyyəsini azaldır, mədə nasazlığı və baş ağrılarını aradan qaldırır.

Pomidor + Kök + Alma - dərinin rəngini yaxşılaşdırır və ağız qoxusunu uzaqlaşdırır.

Acı istiot + Alma + Süd - pis ağız qoxusu yaranmasının qarşısını alır və temperaturu aşağı salır.

Portağal + Zəncəfil + Xiyar - dəri rəngini və nəm balansını, yaxşılaşdırır, temperaturu aşağı salır.

Ananas + Alma + Qarpız - artıq duzları çıxarır, sidik kisəsi və böyrəkləri qidalandırır.

Alma + Xiyar + Kivi - dəri rəngi və nəm balansını yaxşılaşdırır.

Armud və Banan - qanda şəkərin səviyyəsi nizama salır.

Kök + Alma + Armud + Manqo - Bədənin daxili istiliyini yüksəldir, toksinləri bədəndən xaric edir, qan təzyiqini aşağı salır və orqanizmin ümumi oksidləşməsiylə mübarizə aparır.

Üzüm + Qarpız + Süd - Onların təkibindəki Vitamin C və B2 Vitamini hüceyrə fəallığını artırır və orqanizmin immunitetini möhkəmləndirirlər.

Papaya + Ananas + Süd - Vitamin C, E və dəmir dərinin rəngini və maddələr mübadiləsini yaxşılaşdırır.

Banan + Ananas + Süd - Vitamin C və qidalı maddələrlə zəngin olan bu məhsullar qəbizliyin qarşısını alır.

Ac mədəyə su için

Bu gün Yaponiyada hər səhər yuxudan durandan dərhal sonra su içmək çox dəbdədir. Bundan başqa, elmi araşdırmalarda da dəfələrlə sübut olunub ki, bu metod orqanizm üçün xeyirlidir.

Hər səhər acqarına su içmək aşağıdakı xəstəliklərin müalicəsinə təsir göstərir:

Baş ağrıları, oynaqlarda ağrı, ürək xəstəlikləri, artrit, ürək döyüntüsünün sürətlənməsi, epilepsiya, piylənmə, bronxial astma, meningit, böyrək xəstəlikləri, qusma, qastrit, ishal, babasil, diabet, qəbizlik, göz xəstəlikləri, uşaqlıq, burun, boğaz və burun xərçəngi xəstəlikləri.

Müalicə qaydası

1. Səhər yuxudan durandan sonra dişləri təmizləməmiş 4 stəkan su için.

2. Dişləri təmizlədikdən sonra 45 dəqiqə ərzində heç nə yeməyin və içməyin.

3. 45 dəqiqə sonra həmişəki qaydada səhər yeməyini yemək olar.

4. Səhər yeməyindən, nahardan və şam yeməyindən sonra 2 saat ərzində heç nə içməyin və yeməyin.

5. 4 stəkan suyu birdəfəyə içə bilməyən yaşlı və ya xəstə insanlar daha kiçik dozadan başlaya və tədricən məsləhət görülən miqdara qaldıra bilər.

6. Müalicə kursunu aşağıda qeyd olunmuş xəstəliklərin siyahısına əsasən tətbiq edin.

Yüksək təzyiq - 30 gün

Qastrit - 10 gün

Diabet - 30 gün

Qəbizlik - 10 gün

Xərçəng - 180 gün

7. Artrit xəstələri su ilə müalicə kursunu birinci həftənin yalnız 3 günü, növbəti həftədən başlayaraq hər gün etməlidir. Bu üsul əlavə təsirlərə malik deyil, ancaq müalicənin başlanğıcında sidiyin miqdarı arta bilər.

Yapon alimləri iddia edir ki, su müalicəsini dəqiq yerinə yetirsəniz səhhətiniz yaxşılaşacaq. Odur ki, su için, sağlam və aktiv qalın.

Əhəmiyyətli detal

Çinlilər və yaponlar yemək zamanı isti çay içir, soyuq içkilər deyil. Onların bu vərdişindən bəhrələnmək vaxtı artıq gəlib. Bu, onunla izah edilir ki, soyuq su tərkibində yağ olan məhsulların həzm prosesini aşağı salır. Lakin isti su ilə parçalanmış yağlar oksigenlə reaksiyaya girərək bağırsaqlar tərəfindən mənimsənilir. Nəticədə yağlar dəri altında piy qatı əmələ gətirmir və xərçəng xəstəliklərin yaranma ehtimalı on dəfə aşağı düşür.

Ürək xəstəlikləri haqqında ciddi qeyd:

Siz bilməlisiniz ki, bütün ürək ağrıların sinənin sol tərəfində müşayiət olunmur.

Yuxarı və ya alt çənədə intensiv ağrılar varsa, ehtiyatlı olun.

Ürək bulanması və tez-tez tərləmə də bu xəstəliyin simptomudur. Ürək xəstəliyi keçirmiş insanların 60 faizi yuxuda da, oyandıqdan sonra da bunu hiss edirlər.

Sinədə ağrı sizi yuxudan oyada bilər. Bu da yaxınlaşan problemin simptomudur. Orqanizmin belə siqnallarına etinasızlıq göstərməyin.

Xəbər lenti