Bakıda "Opel Vectra" markalı avtomobil 623 km/saat sürətlə radara düşüb.
Bu barədə sürücüyə göndərilən MMX protokolunda qeyd olunub.
Məlumata görə, "Opel"in sürücüsü Bilgəh-Nardaran-Pirşağı yolunun 2.2 kilometrliyində radara düşüb.
Qeyd olunur ki, sürət həddi 110 km/saat olan yolda "Opel Vectra" markalı maşın 623 km/saatla hərəkət edib.
Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü narahat olmamağa çağırdı.
O bildirib ki, sürücüyə göndərilən MMX protokolunda qeyd olunan sürət həddi texniki səhv nəticəsində qeydə alınıb.
"Başa düşülür ki, "Opel Vectra" 623 km/saatla hərəkət edə bilməz. Sadəcə texniki səhv olub. Sürücü narahat olmasın, buna görə cərimələnməyəcək. Mərkəzdə avtomobilin hansı sürətlə hərəkət etdiyi qeyd olunur", - deyə Vaqif Əsədov bildirdi.

1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub