Kürdümər rayonunda səmada peyda olan ağ işıq görənlərin təəccübünə səbəb olub.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, videoda getdikcə böyüyən ağ işığın həm də hərəkət etdiyi məlum olub.
Daha sonra isə görüntülərdəki ağ naməlum obyekt qəfil yoxa çıxıb. Görüntülər bu səhər saat 07 :30 radələrində Kürdəmir rayonunda lentə alınıb.
Naməlum obyektdən təəccüblənən Kürdəmir sakini hadisəni gördüyü vaxtdan etibarən anbaan lentə alaraq "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib. Əvvəlcə videoya şübhələrimiz olsa da, daha bir bənzər görüntü Bakı şəhərinin Qaradag rayonundan gəlib.
Paytaxt sakini Firdovsi Nofəlov da Qaradağ rayonu ərazisində bənzər naməlum obyektin görüntüsünü çəkərək votsap nömrəmizə göndərib. O, görüntülərdəki naməlum obyekti səhər saatlarında Qaradağ rayonunda çəkdiyini deyir.
Çəkdiyi fotonu yaxınlarına göstərəndə isə hər kəs təəccüblənib. Lakin heç kim fotoda nə olduğunu müəyyənləşdirə bilməyib.
Maraqlısı budur ki, görüntülər iki fərqli məkanda lentə alınıb. Hadisə şahidləri də bu obyekti eyni vaxtda görüblər.
Şamaxı Astrofizika Rəsədxanasından isə "Xəzər Xəbər"ə bildiriblər ki, görüntülərin yad planetlilər olması ehtimalı yoxdur. Videodakı ağ işıq hər hansı ölkənin fəzaya buraxdığı peyk də ola bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub