İlluziyaçı Stiven Fraynenin İngiltərə Parlamentinin qarşısındakı Temza çayının üzərində necə dayanmasının sirri açılıb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir onun bu şounu necə bacarması insanların diqqət mərkəzində idi. Hətta sosial şəbəkələrdə Stivenin möcüzə nəticəsində suyun üzərində qala bildiyi iddia edilirdi. Üstəlik, göstərişin sonunda polis qayıqla Stiveni suyun üzərindən götürərək sahilə qayıdır. Bütün bunlar isə qabaqcadan hazırlanmış nümayişin bir parçası imiş.
Belə ki, Stiven əvvəlcədən bir neçə dalğıcla razılaşaraq Temza çayının qaranlıq sularında özünə şəffaf, plastik keçid hazırladıb. Batmamaq üçün xüsusi libas belə geyinib. Bütün bu qabaqlayıcı tədbirlər insanları şouya inandırmaq məqsədi daşıyıb.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub