Premyer Liqa klublarının qış fasiləsinə ayrılmasından sonra ölkəmizdə olan legioner futbolçular vətənlərinə qayıdıb.
Publika.az “Qarabağ”ın bəzi futbolçularının istirahətindən paylaşdığı fotoları təqdim edir.
Ansi Aqolli
35 yaşlı albaniyalı futbolçu Seyşel adalarında ailəsi ilə birgə istirahətə yollanıb.

Donald Gerrye
Haitili yarımmüdafiəçi ailəsi ilə birlikdə vətənindədir. İnstaqram hesabını aktiv şəkildə istifadə edən 28 yaşlı futbolçu Cənubi Amerikada ilin ən yaxşı yarımmüdafiəçisi seçildikdən sonra sıx şəkildə yerli mediada görünməyə başlayıb.



28 yaşlı braziliyalı yarımmüdafiəçi də istirahətini ailəsi ilə birgə doğma vətənində keçirmək qərarına gəlib.



Pedro Enrike
PAOK klubundan icarə əsasında “Qarabağ”da forma geyinən braziliyalı yarımmüdafiəçi həyat yoldaşı və kiçik qızı ilə birlikdə vətənində istirahət edir. Tətilindən çox foto paylaşmasa da, dostları və vətəni üçün çox darıxdığını bildirir.


Dino Ndlovu
Cənubi afrikalı hücumçu da digər legionerlərdən fərqlənməyib və istirahət üçün CAR-a yollanıb. Yeri gəlmişkən, vətənində Dino Ndlovudan bəhs edən kitab çap edilib. Kitabda onun uşaqlığından və karyerası ərzində yaşadıqlarından danışılıb.


İbrahim Şehiç
Bosniya və herseqovinalı qapıçı anası ilə birlikdə dekabrın 23-də keçirilən “El Klassiko”nu tribunadan izləmək üçün Madrid şəhərinə yollanıb. Hazırda da tətilini orada davam etdirir.

BONUS - Millilər
Ramil Şeydayev
Türkiyənin “Trabzonspor” icarəyə götürülən 21 yaşlı hücumçu tətilini Rusiyanın Sankt-Peterburq şəhərində keçirir. O, istirahət günlərində də ağır məşqlərinə davam edir.



Mahir Mədətov
Son günlər adı “Beşiktaş” klubu ilə sıx şəkildə hallanan milli futbolçumuz tətil üçün Rusiyanın Moskva şəhərinə yollanıb.

1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub