Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, prezidentin qolundakı saat “Vətən” qəzetinin muxbirinin gözündən qaçmayıb və o, Ərdoğandan saatın hekayəsini soruşub.
Muxbirin “Saatınızdakı o qırmızı yazı… Tam görə bilmədim, amma deyəsən “15 iyul” yazılıb” sualına Ərdoğan “hə” cavabı verib. Daha sonra köməkçisindən saatin markasını soruşub. O isə saatın Cənubi Koreyada fəaliyyət göstərən bir şirkət tərəfindən istehsal edildiyini deyib. Köməkçi Mustafa Varnak saatın içində markasının yazılmadığını, ancaq əsl özəlliyin saatın arxasında olduğunu bildirib.
Prezident isə saatını çıxararaq arxadakı imzasını və “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan” yazısını kameralara göstərib.
Qəzetin müxbiri saatın və üzərindəki qırmızı yazının sadəcə ona özəl olaraq hazırlanması sualına isə Ərdoğan belə cavab verib:
“Prezidentlik loqosu olan bu saatlardan bir neçə ədəd var. Mən bəzi qonaqlarınma və mənimlə birgə işləyən yoldaşlara hədiyyə etmişəm. Ancaq üzərində “15 iyul” yazsı olan saat təkcə məndə var”.


1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub