Kaliforniya Universitetindən olan bir qrup alim, insanların qazancının, onların özləri və kənar şəxslər haqqında düşüncələrinə, sevgi, məmnuniyyət, mərhəmət, qürur, hörmət hisslərinə nə kimi təsir etdiyini araşdırıb.
Publika.az xəbər verir ki, Amerikanın Psixologiya Birliyinin (American Psychological Associationun) dərc etdiyi məqalədə, aparılan araşdırmanın nəticələri qeyd olunub. Tədqiqatda 1519 nəfər iştirak edib.
Alimlər araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, varlı insanlar qazandığı məbləğin çox və ya az olmasına görə, sevgi, məmnuniyyət, coşqu, mərhəmət, qürur hissi keçirir. Özlərinə olan güvənləri artır.
Sözügedən 1519 nəfərdən bir çoxu "İnsanlar mənə hörmət edəndə özümü çox xoşbəxt hiss edirəm"- deyə cavab verib.
Tədqiqat nəticələrinə görə, varlılar üçün xoşbəxtlik kənar şəxslərə məhəl qoymadan, laqeyd şəkildə, yalnız özünə qarşı qayğıkeş olmaq, qürur və özündən razılıq deməkdir.
Onlarla müqayisədə daha az gəlir əldə edən insanlar isə, insanlarla ünsiyyət zamanı, xeyirxah işlərə vəsilə olduqlarında, özlərini xoşbəxt hiss etdiklərini bildiriblər.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub