"Sən nə cürətlə məni aldadırsan?! Sən axı kimsən ki, məni ələ salırsan?!"
Bu sözləri qışqıraraq söyləyən gəlin toyda təzə bəyi küçə ilə sürüyüb.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin Şanxay şəhərində yaşanıb.
26 yaşlı Min Szinpin toy günü təzə bəy Çjao Linlayı küçə ilə sürüyüb. Səbəb gəlinin səbr kasasının daşması olub.
Sən demə, Çjao Linlay hər dəfə toy gününü təyin edəndən sonra vaxtı dəyişib, toyu təxirə salıb. Son and-amanından sonra təyin edilmiş gündə isə o, nikah mərasiminə sərxoş gəlib, üstəlik toya da gecikib və əynində də adi, gündəlik geyim olub. Min Szinpin də qardaşlarının köməyi ilə Çjaonun biləklərini zəncirləyərək onu nikah sarayına doğru sürüyüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub