Gürcüstanın Tbilisi şəhərində yerləşən "Taglaura" restoranında azərbaycanlılar erməni müştəriləri pərt edib.
Mynews.az-ın məlumatına görə, bir qrup azərbaycanlı restoranda olarkən ermənilər Qarabağ mahnıları sifariş verib və bu, həmyerlilərimizin qəzəblənməsinə səbəb olub.
Azərbaycanlılar sözü bir yerə qoyaraq ermənilərin mahnısını yarımçıq kəsdirib. Daha sonra yalnız Azərbaycan mahnıları sifariş verərək oynayıblar. Sonda isə "Sarı gəlin" mahnısı sifariş olunub. Bu zaman əksəriyyəti ermənilərdən ibarət olan müştərilər restoranı tərk edib.
Həmyerlilərimiz bu addımla ermənilərə bir növ Azərbaycan musiqilərinin Azərbaycan xalqına məxsus olduğunu göstərib. Azərbaycan torpaqlarını işğal edən, həmçinin mədəniyyətimizə, mətbəximizə və musiqimizə göz dikən ermənilər bu dəfə istədiklərinə nail ola bilməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub