Kazan Federal Universitetinin alimləri ana bətnində olan uşaqların nə üçün təpik atdıqlarını, kəskin hərəkətlər etdiklərini Fransanın "Inserm" şirkətindən olan həmkarları ilə birlikdə aydınlaşdırıblar.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, görünür, bu, uşağın onurğa beynində sinir hüceyrələri arasında neyron əlaqələri formalaşdırmaq üçün lazımdır. Alimlər eksperiment apararaq yenicə doğulmuş siçovul balalarını müşahidə ediblər. Məlum olub ki, siçovul balaları dünyaya göz açdıqları ilk həftə ərzində qeyri-iradi dartınır. Tədqiqatçılar hesab edirlər ki, ətraflar üçün sensomotor sinxronlaşdırma bu şəkildə formalaşır. Eyni proseslər insanda da baş verir, amma daha erkən mərhələdə - ana bətnində.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub