İngiltərənin Suonsi Universitetinin alimləri ürək xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edəcək “bionik ürək” adlanan cihaz hazırlayıblar.
İngilis mətbuatının yazdığına görə, “bionik ürək” qanın girişinə və çıxışına nəzarət edir. Belə ki, ürəyin sol mədəciyindən qanı alıb aortaya daşıyan cihaz orqanizmin qan axınının tənzimlənməsinə kömək göstərir. Cihazı hazırlayan alimlərdən ibarət qrupun rəhbəri, professor Stefan Vestabi deyib: “Cihazın istifadəsinə gələn il başlanacaq və bundan sonra ürək nəqlinə ehtiyac olmayacaq. Hazırda buna bənzər, sağlamlıq üçün müxtəlif təhlükələr yaradan cihazlardan istifadə edilir. Lakin “bionik ürək” isə tamamilə təhlükəsizdir və heç bir riski yoxdur”.
Stefan Vestabi diqqətə çatdırıb ki, gələn il İngiltərədə 30 nəfər yaşlı insanın və 30 uşağın “bionik ürək”dən istifadə edəcəyi nəzərdə tutulub. Cihazın satış qiyməti hələlik müəyyənləşməyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub