Himnimizin sözləri və musiqisi kimə aiddir? - "Çəkil o yana görüm" - VİDEO

Paytaxt Bakıda daha bir maraqlı sorğu keçirilib.
BAKU.WS xəbər verir ki, bu dəfə paytaxt sakinlərinə Azərbaycan Dövlət Himninin sözlərinin və musiqisinin kimə məxsus olduğuna dair sual verilib. Əksəriyyət sualı doğru cavablandırsa da çoxları himnimizi ərsəyə gətirənlərdən xəbərsiz olub. Bəziləri isə hətta himnimizin bəstəsinin Fikrət Əmirova sözlərinin isə Bəxtiyar Vahabzadəyə aid olduğunu söyləyiblər.
Bilməyənlər üçün isə xatırladaq ki, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul edib və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilib. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cumhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan verməyib.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilərək "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilib.
Qeyd edək ki, sorğunu Kanal 24 internet televiziyası keçirib.
Loading...
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır 940 dəfə oxunub
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO 938 dəfə oxunub
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR 925 dəfə oxunub
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR 912 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu gündən mayın 31-dək... 908 dəfə oxunub
loading...