Tanınmış stilist Anar Ağakişiyevin etdiyi makiyajlar hər kəsi təəccübləndirib.
Publika.az xəbər verir ki, azərbaycanlı make-up artistinin xüsusilə problemli dərisi olan xanımlara etdiyi makiyajlar dünyaya səs salıb. Stilist dəridə olan qüsurları çox məharətlə örtərək istənilən yaşda qadınları gözəlləşdirir və onları bir neçə yaş cavanlaşdırır.
“DailyMail”, “Ladymail.ru” kimi saytlar, həmçinin italyan, ispan və bir çox ölkələrin media orqanları stilistin bəzədiyi qadınların makiyajdan əvvəl-sonrakı şəkilləri ilə bağlı xəbərlər hazırlayıb. “Show tv”, “Beyaz tv” kanalının xəbərlər verilişlərində isə Anar Ağakişiyev haqqında xüsusi reportaj gedib. Aparıcılar A.Ağakişiyevin işlərinə heyranlığını gizlətməyib. Makiyaj ustasının əl işləri xarici ölkələrdə qadınlar tərəfindən maraqla qarşılanıb.
Stilist bu uğurları barədə Publika.az-a açıqlama verib:
“Bir çoxları şayiə yaydı ki, xəbərlər şifarişlə yazılıb və guya bunun üçün pul ödəmişəm. O adamlar bilmir ki, xarici mətbuat orqanlarında belə sifarişli yazılar üçün çox yüksək məbləğlər istənilir. Hətta bir neçə azərbaycanlı müğənni istəsə də, xarici media orqanlarda onlar haqqında belə xəbərlə yayımlanmayıb”.
O, xarici ölkələrdən çoxlu iş təklifləri aldığını vurğulayıb:
“Ölkələrin adlarını sirr saxlamaq istəyirəm, yaxınlarda mətbuat konfransı keçirib bu barədə ətraflı məlumat verəcəm. Başqa ölkəyə daimi köçmək barədə düşünürəm. Ölkənin adını gələn təklifi qəbul edəndən və müqaviləyə imza atdıqdan sonra açıqlayacağam”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub