Doğulduğumuz saat gələcək həyatımızı və xarakterimizi müəyyən edir.
Mynews.az xəbər verir ki, doğum saatı hər bir insanın taleyinə müvafiq olaraq təsir göstərir.
Astrologiyada 2 saat olmaqla günü 12-yə bölmək qəbul edilib.
00:00-02:00
Bu saatları Merkuri himayə edir. Bu adamlar adətən məktəbdə və institutda əlaçı olur. Onlar gözəl təşkilatçılıq və ya analitik qabiliyyətə malikdir. Adətən yaşlarından daha cavan görünürlər. Onların işi ictimai əlaqələrlə bağlı ola bilər. Sevgi münasibətlərində bu insanlar ya həddən artıq açıq, ya da əksinə çox qaradinməz olur.
02:00-04:00
Bu saatda doğulan insanlar Venera himayəsi altındadır. Bu insanlar pul hesabını çox yaxşı bilir. Onlar inanılmaz dərəcədə çalışqan insanlardır. Öz evində rahatlığı çox qiymətləndirirlər. Hər şeyi öz əlləriylə hazırlamağı sevirlər. Müxtəlif incəsənət növləri və musiqi ilə maraqlanırlar. Moda tendensiyalarını həmişə izləyirlər. Onlar sevgidə sədaqət və qayğıkeşliyi yüksək qiymətləndirir.
04:00-06:00
Bu adamları Mars idarə edir. Onlar digər insanlardan kəskin şəkildə fərqlənir. Çünki bu saatlarda dünyaya gələn kəslər həqiqətən də çox müstəsna və parlaq şəxsiyyətdir. Aqressiv ola bilərlər, lakin onlarla heç vaxt darıxdırıcı olmur. Sevgidə güclü və iradəli insan axtarırlar. Karyerada əla nəticələr qazanırlar.
06:00-08:00
Neptun bu insanlara himayədarlıq edir. Çox vaxt bu saatda doğulan insanlar dindar və ya ruhani olur. Onlar dərin xarakterə malikdirlər, hər şeyi və hamını başa düşürlər. Bu səbəbdən də özünə uyğun peşə seçməkdə çətinlik çəkirlər. Sevgi münasibətlərində tez-tez gözlənilməz və qəribə hərəkətlər edirlər.
08:00-10:00
Bu saatda dünyaya göz açanları Uran planeti idarə edir. Çox xoş və xeyirxah insanlardır, çoxlu dostları olur. Onlar istənilən şirkətin qeyri-rəsmi liderləridir. Bu insanlar göstərişi qəbul etmir. Onlar nə baş verməsindən asılı olmayaraq hər zaman həqiqət tərəfdarıdır.
10:00-12:00
Bu insanlar Saturnun himayəsi altında yerləşir. Onlar cəmiyyətdə böyük nüfuza malikdir, karyerasında da çox uğurludurlar. Onlara rəhbər vəzifələri çox yaraşır. Şəxsi həyatda təkdirlər, çünki hər zaman karyeraları ilə məşğul olurlar. Sevgidə onlar sadiq və diqqətlidir.
12:00-14:00
Bu saatlarda dünyaya gələn insanları Yupiterin himayəsindədir. Qəribədir ki, bu insanlar ən yaxşı şagird olmasa da, çox yaxşı müəllimdir. Dostları və yaxınları məsləhət üçün tez-tez onlara müraciət edir. Professor olmaq bu insanlar üçün çox asandır. Səyahəti sevirlər. Sevgidə onlar qeyri-adi və ya ekzotik münasibətlərə üstünlük verirlər.
14:00-16:00
Bu insanlar Plutonun himayəsi altında yerləşir. Onlar tez-tez ətrafdakı insanlara kömək və dəstək göstərir, həmçinin istənilən vəziyyəti qabaqcadan görmək bacarığı ilə seçilirlər. Sevgi münasibətlərində seksual tərəf müqabillərinə üstünlük verirlər, çünki özləri də çox seksualdır. İş yerində isə hamı çalışır ki, onlarla dostluq etsin.
16:00-18:00
Bu insanlar Veneranın himayəsi altındadır. Onlar ətrafdakıların gözündə çox cəlbedicidir. Bu adamların ya inanılmaz dərəcədə bəxti gətirir, ya da çox uğursuz olurlar. Ümumilikdə çox romantik insanlardır. Sevgi münasibətlərində nə istədiklərini yaxşı bilirlər, Zoluşka onların ən sevimli nağılıdır. Onlar ideal həyat yoldaşıdır.
18:00-20:00
Onları Merkuri himayə edir. Bu insanların həyatında ən önəmli şey sağlamlıq və işdir. Onlardan bəziləri düzgün qidalanma və pəhrizi sevir, ümumiyyətlə, sağlam həyat tərzi və dərmanlar barədə hər şeyi bilirlər. Bu saatlarda dünyaya gələn insanların çoxu həkim və ya tibbi təhsillidir. Digərləri ya geymer (müntəzəm olaraq kompüter oyunları oynayan şəxs) və ya proqramçı olur.
20:00-22:00
Günəş özü bu insanlara himayədarlıq edir. Onlar üçün yol həmişə işıqlıdır. Ehtiras, sevgi və uşaq onların həyatında mühüm yer tutur. Onlar anadan olduğu gündən etibarən incəsənətə meyilli olur. Tez aşiq olan isanlardır. Demək olar ki, özlərini əsl kino ulduzu kimi aparırlar. Onların münasibətlərində ehtiras həmişə birinci yer tutur.
22:00-00:00
Bu saatlarda dünyaya gələn insanlaraAy himayədarlıq edir. Onlar ətrafdakılara çox həssaslıqla yanaşırlar. Onlar hamıya həmişə qayğı göstərirlər. İnsanlar üzərində böyük hakimiyyətə malik ola bilərlər. Onlar üçün ailə müqəddəsdir. Həmişə ailə yaratmağa çalışır və ailə başçısı olmaq istəyir. (publika.az)