İngiltərəli qız Emma Perrier bir tanışlıq saytında tanış olduğu oğlandan fotosunu istəyib.
Mynews.az Daily Mail-ə istinadən xəbər verir ki, oğlanın göndərdiyi fotoları internetdə araşdıran qız gözlərinə inana bilməyib.
TƏFƏRRÜAT
Özünü Ronaldo Skikluna kimi təqdim edən və yarı italyan olduğunu deyən şəxs Vest Midlandsda yaşadığını söyləyib.
Ancaq Ronaldonun italyanca bilməməyindən şübhələnən qadın oğlandan ona fotosunu göndərməyini istəyib.
Bir restoranda menceerlik edən Perrier gələn fotoları internetdə ararşdırınca şoka düşüb. Əslində 55 yaşlı Alan Stanley özünün yerinə türk model Adem Güzelin fotolarını qadına göndərib.
Həqiqəti öyrənincə böyük bir stress yaşayan Perrier türk modelin çalışdığı agentliklə əlaqə yaradaraq 55 yaşlı şəxsin modelin fotoları ilə fırıldaqçılıq etdiyini bildirib.
Agentlik vasitəsi ilə Adem Güzel ilə əlaqə quran Emma türk modellə uzun müddət internetdə danışıb. Cütlük bir araya gələndə model İngiltərəyə köçməyə qərar verib.
Cütlük hal-hazırda Londonda yaşayır.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub