Yuxuda ilan görmüsünüzsə... Bunlara diqqət

1151
Yuxuda ilan görmüsünüzsə... Bunlara diqqət

Əgər gənc qadını yuxuda ölü ilan yeyirsə, bu o deməkdir ki, ikiüzlü dostun pisliyi və xəyanəti onu əzab çəkməyə vadar edəcək.

Mynews.az Metbuat.az-a istinadən bildirir ki, ilanlar haqqında yuxular pis əlamət sayılır. Yuxuda kiməsə hücum çəkən ilanlar görmək yaşamaq və vicdan əzabına görə mübarizəyə işarədir. Yuxuda ilan öldürmək o deməkdir ki, öz maraqlarınıza çatmaq və başqalarının sizin maraqlarınızla hesablaşması üçün hər şeyə əl atacaqsınız. Yuxuda ilanların arasından keçmək o deməkdir ki, daim xəstəlik qorxusu ilə yaşayacaqsınız, dostlarınız arasında eqoistlər isə sizin yerinizə göz dikəcəklər.

Əgər yuxuda sizi ilan sancarsa, həyatda düşmənləriniz işlərinizə xələl gətirəcək. Yaşıl otun üstündə yastı, xallı ilan sizə tərəf sürünürsə və siz geri çəkilirsinizsə, onun yenidən sizin yaxınınızda olduğunu hiss etmirsinizsə və daha da böyüyərək nəhəng bir ilana çevrilirsə, böyük səylə bu dəhşətli heyvandan xilas olursunuzsa, bu, işlərinizin tezliklə pisləşəcəyinə və sizə etinasızlıq və hörmətsizlik edildiynə şahid olacaqsınız. Xəstəliklər, narahatlıq, əsəbilik sizdə artacaq, lakin hər şey yaxşı bitəcək, acılar unudulacaq, siz işinizə görə mükafatlandırılacaqsınız.

Yuxuda ilanın halqa şəklində ətrafınızda dolandığını və öz dilini çıxardığını görmüsünüzsə, bu, düşmənlərinizin əlində gücsüz olacağınıza və sizi xəstəliyin gözlədiyinə işarədir. Əgər yuxuda əlinizdə ilanı tutmusunuzsa, bu o deməkdir ki, həyatda ilk baxışdan əhəmiyyətsiz görünən hadisələr sizə narahatlıq və qayğı verəcək.

Çayda çimərkən, yaxud çaydan keçərkən ilan görmək və ya onu tapdalamaq sevincdən həyəcanlanacağınıza işarədir. Yuxuda ilanın başqalarını sancdığını görmüsünüzsə, bu, həyatda dostunuzun xətrinə dəyəcəyinizə işarədir. Yuxuda balaca ilanlar görmək sizin planlarınızı alt-üst edəcək və arxanızca danışaraq sizi rüsvay edəcək adamlara qarşı səmimi və mehriban olacağınıza işarədir.

Yuxuda ilanla oynayan uşaq görmək o deməkdir ki, siz dostunuzu və düşməninizi tanımaqda çaşqınlığa düşəcəksiniz. Əgər qadın ilan fışıltısı eşidərək arxasında duran uşağa görə narahat olursa, bu o deməkdir ki, həyatda onu öz yaxşılığı üçün dəyərli bir şeydən vaz keçməyə məcbur edəcəklər. Lakin o çox gec başa düşəcək ki, haram intriqaya cəlb olunub.

Əgər gənc qadın yuxuda ilanı ovsunlayıbsa, bu onun həyatda təzyiqlərə məruz qalacağına, lakin qanun və nüfuzlu dostları tərəfindən müdafiə olunacağına işarədir. Əgər yuxuda dostunuzun əlindəki ilanı nəzarət altında saxladığını görmüsünüzsə, bu, həyatda güclü orqanların sizin maraqlarınıza təsir edərək fitnələr törədəcəyinə işarədir.

Xəbər lenti