Wifi Şifrəniz Sındırılmasın Deyə Bu Addımları Atın
Yəqin ki, çoxlarınız wifi mövzusunda problemlərlə üzləşirsiniz. Əsas problemlərdən biri də qonşunuzun sizin wifi şifrənizi sındıraraq, internetdən pulsuz faydalanmasıdır. Son zamanlar “dumper” və bu tipli proqramlar vasitəsilə belə hallar xeyli artıb və bu şikayətləri bərabərində gətirir. Sizdən xəbərsiz bəlkədə indiki halda qonşunuz sizin internetdən istifadə edir və sizin bundan xəbəriniz yoxdur! Əlavə əsəb, əlavə ödəniş, sürət azlığı heç kimə lazım deyil. Bu məqsədlə bugün sizə bu problemin aradan qaldırılması yolun izah edəcəyik.
Bu addımları ataraq, internetinizi qoruyun:
1-ci addım: http://192.168.1.1/login_security.html linkinə daxil olursunuz.
2-ci addım: açılan pəncərədə username və password xanalarına (hər iki xanaya) “admin” yazırsınız.
qeyd: əgər admin username və password-u vasitəsilə daxil ola bilmədinizsə, modeminizi sazlayan şəxslə, yaxud provayderlə əlaqə saxlayıb məlumat əldə edin. (username və password-u öyrənin)
3-cü addım: daha sonra açılan pəncərədə “interface setup” panelinə daxil olun.
4-cü addım: açılan menudan “wireless” bölməsinə daxil oluruq.
5-ci addım: “use wps” seçimində “no” edirik.
6-cı addım: daha sonra aşağıda “Pre-shared key” seçimindən istifadə etməklə wifi-nin parolun dəyişirik.
7-ci addım: və bütün bu məlumatları yadda saxlamaq üçün aşağıda “save” düyməsinə klikleyirik.
Beləliklə, sizin interneti sürətinizi zəiflədən insanlardan azad olursunuz. /icra.az/
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub