Almaniya internet informasiya məkanında azərbaycanlı polis komissarı haqqında məlumatlar yayılıb.
Lena adlı xanım orta məktəbdə oxuyarkən anası ilə birlikdə Bakıdan Berlinə köçüb. 29 yaşlı azərbaycanlı polis komissarı 14 il əvvəl yollandığı Almaniyada özünə xoşbəxt bir həyat qura bilib. Anası 55 yaşlı Susana Almaniyada tibbi yardım alır, 57 yaşlı atası İlham isə 6 il Bakıda işlədikdən sonra Berlinə yollanıb.
“15 yaşında almanca danışa bilmirdi, indi isə polis komissarıdır”, – deyə Almaniya mətbuatında dərc olunan məqalədə bildirilir. Lakin indi Lena, alman, eləcə də rus, türk, ingilis və fransız dillərində danışa bilir. Məqalədə Lana miqrantların alman cəmiyyətinə uğurlu inteqrasiyasının ən yaxşı nümunəsi kimi göstərilir.
Lana qeyd edir ki, məktəbdə oxuduğu illərdə almaniyalı sinif yoldaşları onu məsxərəyə qoyub: “Bütün gün ağlayırdım, ancaq ailəsini dolandırmaq üçün Bakıda işləyən və bura yalnız altı il sonra köçmüş atamı heç vaxt unutmurdum. Mənim heç vaxt dostlara ayırmağa vaxtım olmasa da, nə istədiyimi qəti şəkildə bilirdim. Dünyada nələrisə yaxşılığa doğru dəyişmək üçün polis olmağı arzulayırdım””.
Hazırda Lana polis komissarıdır və artıq iki ildir ki, Berlinin Noyköln rayonunda təhlükəsizliyə nəzarət edir. //Ölkə.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub