“Uzaq sahillərdə” - Veselinin “ata evi” və “faşist” Əlağa — FOTO
![](https://img.mynews.az/news/2018/01/photo_37779.jpg)
Azərbaycan kinosunun incilərindən biri olan “Uzaq sahillərdə” filminin ekranlara çıxdığı vaxtdan 60 il keçir. Əfsanəvi partizan Mixaylonun – Mehdi Hüseynzadənin son döyüşünün və həlak olduğu səhnələrin çəkildiyi ev bu gün də durur.
Bu ev Ağsu rayonunun şimal dağlıq yaşayış məskənlərindən olan Kövlüc kəndindədir. Hazırda 13 evin olduğu kənddə məcburi köçkünlər məskunlaşıb.
Mynews.az AZƏRTAC -a istinadən rayon mərkəzindən 22 kilometr məsafədə yerləşən Kövlücədən reportajı təqdim edir:
Veselinin “ata evi”
Bakı Kinostudiyasının yaradıcı kollektivi Ağsuda bir ay çəkilişlər aparıb. Kövlücü gəzib çəkilişin aparıldığı məkanlara baxırıq. Mixaylonun silahdaşı Veselinin “ata evi”nə, kəndin cənub şərqində dərədən qalxan yola, evin qarşısında faşistlərin sakinləri topladıqları yerə baxarkən gözlərimizin qarşısında filmin səhnələri canlanır.
Kənddə məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, müəllim Yunis Süleymanov deyir ki, “Uzaq sahillərdə” filminin çəkiliş tarixçəsi ilə maraqlananlar tez-tez bura gəlir, hətta Mixaylonun sığındığı evin damına çıxıb xatirə şəkli çəkdirirlər. İndi həmin ev sahibsiz qaldığı üçün yararsız hala düşüb.
“O faşist ağsulu Əlağa idi”
Bu tarixi filmin digər bir neçə səhnəsi - faşistlərin anbarından yüklənən ərzağı partizanlara aparan maşın karvanı, bundan xəbər tutan motosikletçi faşistlərin maşınları təqib etməsi səhnələri Ağsuda, Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu aşırımı adlanan ərazisində çəkilib.
Həmin səhnələrin çəkilişinin şahidi olmuş ağsululardan biri, hazırda rayon Veteranlar Təşkilatının sədri 80 yaşlı Cəmaləddin Zeynalovun xatirələrindən: “Tələbə idim. Yay tətilinə gəlmişdim. Hər gün gedib çəkilişə baxırdıq. Şəhərin çıxışında, birinci dolaya çatar-çatmaz öndə gedən motosikletə qumbara atıldı və motosiklet aşdı. Onu sürən faşist paltarında olan ağsulu Əlağa İbrahimov idi. Ötən əsrin 70-ci illərinin ortalarında vəfat etdi”.
Cəmaləddin Zeynalov aktyorların, ümumiyyətlə, kinostudiya işçilərinin çətin, ağır əməyini öz gözləri ilə gördüyünü, “Uzaq sahillərdə”nin heç də asan başa gəlmədiyini deyib.
![](http://olke.az/uploads/1516982780/1516979160435630280_1000x669.jpg)
![](http://olke.az/uploads/1516982780/1516979160653038252_1000x669.jpg)
![](http://olke.az/uploads/1516982780/15169786343620464930_1000x669.jpg)
![](http://olke.az/uploads/1516982780/15169791604009622974_1000x669.jpg)
![](http://olke.az/uploads/1516982780/15169791604302761097_1000x669.jpg)
![](http://olke.az/uploads/1516982780/15169791604912122177_1000x669.jpg)
![](http://olke.az/uploads/1516982780/15169791605776451388_1000x669.jpg)
![](http://olke.az/uploads/1516982780/15169791606446928444_1000x669.jpg)
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 993 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 949 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 947 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 942 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 918 dəfə oxunub