Çin “Mercedes GLS”-nin oxşarını buraxıb. Söhbət “Beijing Auto B90” böyük krossoverindən gedir.
Mynews.az Fins.az-a istinadən xəbər verir ki, avtomobil “Mercedes-Benz” ilə əməkdaşlıq çərçivəsində istehsal edilib. 7 yerlik iriölçülü avtomobil xüsusiyyətlərinə görə “Mercedes GLS”-ni təkrarlayır.
“Beijing Auto B90” alman donorundan yalnız gövdə elementləri və təchizatına görə fərqlənir. Avtomobil 333 at gücündə 3.0 l həcmli V6 mühərriklə və 420 at gücündə 4.0 l həcmli V8 mühhəriklə, 4x4 çəkimli və 7 pilləli avtomat transmissiya ilə təchiz edilib.
Təchizatının zənginliyi ilə seçilən krossover Çində 125 min dollara təklif edilir. Avtomobilin salonu dəri və ağac işləmələrdən yığılıb. Avtomobilin təchizatına klimant-kontrol, elektron oturacaqlar və böyük multimedia monitoru daxil edilib. Avtomobilin 6 və 7 oturacaqlı iki versiyasını sifariş etmək mümkündür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub