İnternetin fenomen pişiklərindən Grumpy Cat-in sahibi üzünü icazəsiz istifadə edən bir qəhvə firmasını məhkəməyə verib.
Mynews.az teach.az-a istinadən xəbər verir ki, məhkəmənin qərarı nəticəsində bu pişik sahibinə 710 min dollar qazandırıb. İnternet dünyasında Grumpy Cat olaraq bilinən Tartar Sos adlı bu pişik şəklinin internetə yükləndiyi sentyabr 2012-ci ildən sahibinə 50 milyon dollar qazandırıb. Sonra da bu gəlirin yanına 710 min dollar da əlavə olunub.
Amerikanın Kaliforniya əyalətindəki federal bir məhkəmə Grenade Beverage adlı qəhvə firması ilə Grumpy Cat-in sahibi Tahatha Bundesen arasındakı müəllif hüquqları davasını sonuçlandırıb.
Qəhvə firması ilə Tahatha Bundesen arasında əvvəl bir razılaşma edilmiş, bu razılaşmaya görə Grenade-nin şüşələnmiş qəhvələrinin üzərində Grumpy Cat-in emblemi yer alacaqdı. Ancaq Bundesen-in iddialarına görə firma bu razılaşmanı daha da böyüdərək Grumpy Cat-in emblemini icazəsiz qəhvə deyil, digər məhsullarında da istifadə etmişdir. Federal məhkəmə qəhvə firmasının Bundesenə 710 min dollar təzminat ödəməsinə qərar verib.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub