2,5 metrlik türklə 62 sm boyu olan hind Misirin turizmini canlandırmağa çalışacaq
Dünyanın ən uzun adamı ən qısaboylu ilə bir araya gəldi. İstiPress-in məlumatına görə, Türkiyənin Mardin şəhərindən olan Sultan Kösen ən qısa boylu adına sahib olan hindistanlı qadınla görüşüb. Jyoti Amge ilə görüş Misirdə, priamidaların önündə olub.
Görüş Misir tərəfinin təşəbbüsü ilə baş tutub. Məqsəd ölkənin turizm sahəsinin reklamı olub. Misir Turizmini İnkişaf etdirmə heyətinin məlumatına görə, dünyanın ən uzun adamı ilk dəfədir bu ölkəyə gəlir, turizmə dəstək üçün artıq Qahirədə turistik bölgələrdə gəzintiyə başlayıb. Səfər 4 gün davam edəcək.
Misir bir neçə il öncə ölkə prezidenti Hüsnü Mübarəyin devrilməsi ilə nəticələnən inqilaba qədər hər il turizmdən 11 milyard dollar gəlir qazanırdı. 2015-ci ildə bu vəsair 6,1, 2016-da isı 3 milyarda qədər düşüb.
Xatırladaq ki, Kesenin boyu 2 metr 51 santimetr, Amgeninki isə cəmi 62 sm-dir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub