İsveçrədə olan mumiya, İngiltərə Xarici İşlər Naziri Consonun atası çıxıb.
Bazel şəhərində 1975-də olunan və uzun müddətdir sirrini qoruyan bir mumiyanın İngiltərə Xarici İşlər Naziri Boris Consonun atası olduğu ortaya çıxıb.
Alimlərin araşdırmasına görə, mumyalanan qadın, Consonun 8-ci dərəcə əcdadıdır. Bu, Consonun genlərinin ən az, 256-da 1-ini bu qadından aldığı anlamına gəlir.
Conson, Osmanlı İmperiyasının sonuncu Daxili İşlər Naziri Əli Kamal Bəyin nəvəsi Stenli Consonun oğludur.
Mumiya isə Bazeldəki Barfüsser Kilsəsindəki təmizləmə işləri zamanı 1975-ci ildə tapılmışdı.
Kilsədəki "qurbangah"ın qabağında basdırılmış şəkildə olan qadının yaxşı qidalandığı və keyfiyyətli geyimləri olduğu müəyyən edilmişdi.
Bəlli ki, Bazelin zəngin qadınlarından biri idi.
Qadının kimliyini ortaya çıxaracaq hər hansı bir məzar daşı olmasa da, basdırdığı taxta tabuta keçirilən ilk təhlillər, tabutun 16-ci əsrdə düzəldildiyini göstərirdi.
Digər bir ipucu isə meyitdəki yüksək miqdarda civədir. 15-ci əsrdən 19-ci əsrə qədər civə sifilisi müalicə etmək məqsədilə istifadə olunurdu. Lakin son dərəcə zəhərli olan civə əsasən xəstələri sağaltmaq yox, öldürürdü. Yüksək nisbətdə civəyə məruz qalan cəsədlər eyni zamanda formasını itirmirdi.
Amma, yenə də, bu məlumatlar qadının kim olduğunu ortaya qoymurdu. Bazel 16-ci və 17-cu əsrlərdə zəngin ticarət şəhəri olub. Reyn sahilindəki liman o gündən bəri Avropa ticarətində əhəmiyyətli bir nöqtədir.
Yerli tarixçilər, Bazelin zəngin ailələrinin Barfüsser Kilsəsi ətrafına basdırıldığını bilirdilər. Bunlardan bəzilərinin izləri vardı və qəbir daşlarında da adları yazılırdı. Amma mumiyanın qeydiyyatı yox idi.
2017-ci ildə mumiya ilə bağlı bir məlumat daha ortaya çıxdı: Mumiya 1975-dən əvvəl 1843-ci ildə də kəşf edilmişdi. Bu məlumatlar işığında tarixçilər mumiyanın Bazelin zəngin ailələrindən Bischofflara aid olduğunu düşünməyə başladı.
Ən aktual məlumatları istifadə edən elm insanları, mumiyanın ayaq barmağından DNT əldə etməyi bacardı. DNT, bir-birlərindən müstəqil çalışan elm adamları tərəfindən Bischoff ailəsinin həyatdakı üzvlərinin genləri müqayisə edilib.
Nəticələr dəqiqdi: Bu gün həyatda olan ailə üzvlərinin mumiyanın nəslindən gəlmə ehtimalı yüzdə 99,8 olaraq müəyyən edilib. Bundan sonra elm adamları və tarixçilər, mumiyanın 1719-cu ildə Bazeldə anadan olan və 1787-ci ildə həyatını itirən Anna Catharina Bischoff olduğuna əmin oldu.
Mumiyanın şəxsiyyəti müəyyən edildikdən sonra şəcərə mütəxəssisləri işə başlayıb və doğuşsertifikatları, izdivac sənədləri, ölüm elanları kimi sənədlərə baxaraq Anna Catharinanın nəslinin davamını ortaya çıxardı.
Anna Catharinanın yeddi uşağı olub. Bunlardan ikisindən başqa, hamısı uşaq yaşında ölüb. Həyatda qalan uşaqlardan biri Hubert Baron Pfeffel von Kriegelstein ilə evlənib.
Pfeffellerin beşinci nəslindən Yvonne Pfeffel isə Boris Consonun babası Osman Wilfred Conson Kamal ilə ailə qurub.
Boris Conson, elm insanlarının ortaya çıxardığı bu yeni məlumat haqqında hələ bir şərh verməsə də, ailəsinin von Pfeffellerden gəldiyinin fərqində idi.
Bir kilsə rəhbərliyilə evlənən Anna Catharina isə həyatının çoxunu Strasburqda keçirib. Orada sifilis xəstələrinə baxarkən sifilisə yoluxmuş ola biləcəyi düşünülürdü.
Həyat yoldaşı öldükdən sonra Bazel şəhərinə qayıdan Anna Catharina, xəstəliyindən xilas olmaq ümidi ilə özünü öldürəcək olan civə müalicəsinə başlayıb.
Civə onu öldürsə də, cəsədini mumiyalaşdıraraq elm insanlarına kim olduğunu ortaya çıxarmasını təmin edib.//Media24.Az