Dünyanın 10 inanılmaz dəmir yolu
10. Las-Nubes dəmir yolu, Argentina. Las-Nubes qatarı-buludlara gedən qatar anlamına gəlir. Bu dəmir yolu Argentinanın Salta əyalətində turizm məqsədilə istifadə olunur. Ölkənin şimal-şərqində, Çili sərhədiylə Anddes dağları arasındadır. Dəniz səviyyəsindən 4.220 m yüksəklikdədir. Dünyanın ən hündür dəmir yolu siyahısında üçüncüdür. Bu qatarın sərnişinləri Argentinanın təbii gözəlliklərini seyr edə bilir.
9. Sevgi tuneli, Ukrayna. Uzunluğu 3 km-dir. Gündə üç dəfə fabrik üçün material daşıyır. Dəmir yolunun ətrafındakı yaşıllıq sevgililərin şəkil çəkdirməyi sevdikləri yerdir. Deyilənə görə, bu yaşıl dəhlizdən keçəndə nə arzu etsəniz, yerinə yetir. Bahar fəslində bu yol daha da gözəl və romantik olur.
8. Georgetovn dəmir yolu, ABŞ. Bu dəmir yolu Koloradoya gələn ilk səyahətçilər üçün inşa edilib. Öz dövrünün mühəndislik möcüzəsi sayılırdı. 1899-cu ildə dəmir yolu sərnişin qatarları üçün bağlı elan edildi. 1938-ci ilədək burdan təkcə yük qatarları keçirdi. Hündürlüyü 600 metrdir. Son təmir-bərpa işlərindən sonra sərnişin qatarlarının keçməsinə də icazə verilib.
7. Landvasser viyaduku, İsveçrə. Dağlıq əraziyə malik İsveçrədə səyahət etmək elə də asan deyil. Bütün maneələrə sinə gərmək üçün cəsarət lazım idi. 1902-ci ildə inşa edilən Landvasser viyaduku dünyanın ən məhşur dəmir yollarından biridir. Və İsveçrənin turizm reklamlarında həmişə bir kadr göstərilir. Dağın içindən çıxandan sonra görünən bu körpünün şöhrəti çox yayılıb. Körpü 65 metr hündürlükdədir. Ona görə də viyaduk, dünyanın ən təhlükəli dəmir yolları siyahısına da daxil olub.
6. Maeklong bazarı dəmir yolu, Tailand. Hər gün Maeklong tərəvəz bazarı qatar relslərinin üzərində qurulur. Gündə neçə dəfə satıcılar mallarını və piştaxtalarını geri yığır, qatar keçəndən sonra təkrar düzürlər. Bu bazardan hər gün 8 dəfə qatar keçir. Burdan keçən qatarın sürəti saatda 30 km-dir. Buna görə də Maeklong bazarı dünyanın ən təhlükəli bazarı hesab olunur.
5. Transsibir dəmir yolu, Rusiya. Dünyanın ən uzun dəmir yollarından biridir. Uzunluğu 9 min km-dən çoxdur. Bir ucu Moskvadan başlayır. O biri ucu isə Yapon dənizində-Vladivostokdadır. Bu qatarda yolçuluq bir həftə davam edir. Əgər Omsk və Novosibirskdə dayansanız, səyahətiniz iki həftə çəkər.
4. Geyongvha stansiyası, Cənubi Koreya. Bu stansiya 34 min gilas ağacının əhatəsində qurulub. Aprel ayında, ağaclar çiçəkləyən zaman burda möhtəşəm mənzərə meydana gəlir. Elə ona görə də burda aprelin ilk həftəsi festival keçirilir. Çiçəklər tökülən zaman burdan keçən qatarın başına çiçək yağışı yağır...
3. Ölüm yolu, Tailand. Dəmir yolunun körpüdən keçən hissəsi təhlükəlidir. Qatarın bu körpüdən keçməsini gündə 6 dəfə izləmək olur. Dəmir yolu İkinci dünya müharibəsi illərində salınıb. Bu illər ərzində yüzlərlə fəhlə ölüb.
2. Napier-Gisborne dəmir yolu, Yeni Zellandiya. Bu dəmir yolu Gisborne hava limanının düz ortasından keçir. Təyyarələrin eniş zolağını iki hissəyə bölən dəmir yolu çoxlarına görə təhlükəli sayılır. Lakin, işçi heyəti olduqca təmkinli və peşəkarlardan seçilib. Ona görə də hələ indiyədək heç vaxt təyyarə və qatar toqquşması qeydə alınmayıb.
1. Pamban dəmir yolu, Hindistan. Pamban körpüsü Hindistanın ilk dəniz körpüsüdür. Bura hazırda da mühəndislik möcüzəsi sayılır. Əgər bu xəttdə bir qatara minsəniz, möhtəşəm yolçuluq edəcəksiniz. Lakin, Pamban dəmir yolu da təhlükəsiz hesab edilmir. Mütəxəssislərin fikrincə, nə vaxtsa sunami fəlakəti olsa, o qatardan bircə sərnişin də sağ çıxmaz.