Mütəxəssislərin etdiyi son xəbərdarlığa görə, cinsi əlaqədə olmaq üçün hazırlanan robotlara kiber hücum etməyin kompüteri ələ keçirməkdən daha asan olduğunu bildirirlər. Bu hal çox ciddi təhlükələri özüylə bərabər gətirəcəyindən xəbər verir.
“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, süni intellekt araşdırmaçıları internetlə əlaqəsi olan robotların yaratdığı təhlükəsizlik riskləri mövzusunda insanlara xəbərdarlıq edib. Məlumat isə ingilis mediasına açıqlama verən kiber təhlükəsizlik mütəxəssisindən deyilib.
“Deakin” Universitetindən Nikolas Patterson “Star Online”a verdiyi açıqlamasında bildirib ki, kompüter hakkerləri robotu ələ keçirə, qol və ayaqlarını, bəzi hallarda cihaza əlavə edilmiş kəsici alətləri idarə edə bilərlər. Bu cür robotların ağır və güclü olduqlarını bildirən Patterson “Hakker ələ keçirdiyi robot üzərində bütünlükdə idarə etməyə sahib olacaq və istədiyi təlimatı verə biləcək. Fiziki hərəkətləri gerçəkləşdirmək və zərər verə bilmək üçün istifadə edilə bilər” deyə vurğulayıb.
Araşdırmaçılar kompüter hakkerləri tərəfindən uzaqdan idarə edilə biləcək “Bluetooth” özəlliyinə sahib cinsi əlaqə üçün istifadə olunan oyuncaqlarda təhlükəsizliyin üzdə qaldığını kəşf ediblər. Məsələn, ötən il hakkerlər vibrasiya verən alətin idarəetməsini ələ keçirərək titrəyiş göndərə biliblər.
http://haberler.com/uzmanlar-uyardi-cinsel-iliski-robotlari-10417545-haberi/
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub