Kişi ginekoloq öz xəstələrinin doğuş sancılarını azaltmaq üçün maraqlı üsul tapıb - VİDEO

858
Kişi ginekoloq öz xəstələrinin doğuş sancılarını azaltmaq üçün maraqlı üsul tapıb - VİDEO

Hamilə qadınların çoxu doğuş prosesində kəskin ağrılar hiss edirlər. Həkimlər həmişə doğuş sancılarını yüngülləşdirmək üçün müxtəlif üsullar tapmağa cəhd edirlər.

Braziliyanın Vitoriya şəhərində yerləşən “Hospital Unimed” xəstəxanasının ginekoloqu Fernando Quedes da Kunya xəstələrinin doğuş sancılarını yüngülləşdirmək üçün düşündüyü yeni üsullara görə bütün internetdə məşhurlaşıb. O, belə düşünür ki, hamilə qadınlar nə qədər çox hərəkət edərsə, sancıları bir o qədər yüngülləşər. Da Kunya bunun üçün xüsusi rəqs hərəkətləri düşünüb.

Bundan əlavə, rəqslər xəstələrin əsəblərini sakitləşdirməyə və doğuş prosesi barədə az düşünməyə kömək edir. Bu qeyri-adi üsuluna görə Fernando sosial şəbəkələrdə “rəqqas həkim” ləğəbini qazanıb. Belə yanaşma xəstələrin də çox xoşuna gəlir.

Xəstələrdən biri Unimed xəstəxanasına səhər saat 8-də daxil olub. Da Kunya həkimlə “Despasito” mahnısının sədaları altında rəqs edərək həmin günün axşamı uğurla öz körpəsini dünyaya gətirib. Da Kunya barədə dəfələrlə televiziya proqramları çəkilişlər aparıb və qəzetlər onun haqqında məqalələr dərc ediblər.

Latınamerikalı həkimin metodu elmi əsaslarla da sübut olunur. Belə ki, hələ 1998-ci ildə nəşr olunan “The New England Journal of Medicine” jurnalının tədqiqatlarına görə, hamiləlik dövründə çox hərəkət edən və yeriyən qadınlarda doğuş prosesi daha yüngül və ağrısız olur.

Bu həm də 2003-cü ildə “Nursing Research” tərəfindən də təsdiq olunub. “Ocean Medical Center”-in həkimləri də təsdiq ediblər ki, hamiləlik zamanı çox hərəkət etmək körpənin doğuş kanalına daha rahat çıxmasına və dünyaya sağlam göz açmasına yardım edir.

Xəbər lenti