USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sevdiyi məşhura bənzəmək üçün görün nə etdi

17:33 31.01.2018
Sevdiyi məşhura bənzəmək üçün görün nə etdi
17:33 31.01.2018

Cyril Roux adlı şəxs idealı Merilin Monro kimi görünmək üçün 18 ayda dodaq dolğusu və botoksa 5 min funt sterlinqdən çox pul xərcləyib.

Metbuat.az-ın xəbərinə görə, Fransanın Toulon şəhərində yaşayan 32 yaşlı Cryil Roux estetik xəstəliyi olduğunu deyib. O özünə ideal seçdiyi Merilin Monroya oxşamaq üçün dəfələrlər əməliyyat masasına oturub. Ofisiant işləyən Roux ilk əməliyyatını 26 yaşında olanda etdirib. Bir neçə il sonra da 16 dəfə dodaq dolğusu və botokslar da daxil olmaqla 20 fərqli əməliyyata baş vurub və 2 min funt sterlinq pul xərcləyib.

Burnunu əməliyyat etdirmək, yanaq və implantları üçün daha çox pula ehtiyacı olduğunu deyib.

Cryil əməliyyatdan sonra cavanlaşdığını və ilham mənbəyi Monroya bənzədiyini qeyd edib.

 


Xəbər lenti