Bir ağacın gövdəsinə sıxışıb ölən itin cəsədi ağacın içərisindəki kimyəvi maddələr sayəsində 50 il çürümədən qalıb.
Metbuat.az-ın xəbərinə görə, hadisə ABŞ-ın Corciya ştatında baş verib. 1960-cı illərə aid olduğu ortaya çıxan köpək mumiyası ağac ilə birlikdə muzeyə aparılıb.
Araşdırmaçıların təxmininə görə, köpək sincab və bənzəri heyvanı ovlamaq üçün arxasınca düşüb və ağacın deşiyindən içəri girib. Ovunu izləyən köpək ağac gövdəsinin içindəki boşluqdan dırmanaraq yuxarılara qədər çıxıb. Lakin orada sıxışıb qalan heyvan ölüb.
"Stuckie" adı verilən mumiya şabalıd ağacının içərisində tapılıb. Ağac havadakı nəmi əmdiyi üçün cəsədin qurumasına yardımçı olub. Quruyan cəsəd ağacdakı kimyəvi maddələrin təsiri ilə mumiyalaşıb. "Stuckie"nin 50 illik mumiyası hazırda, "Southern Forest World" muzeyində saxlanılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub