Əl, üz və ya bədən dərisinin təmiz, ipək kimi yumşaq olmasını istəyirsinizmi? Və təbii ki, artıq tüklərin də təmizlənməsini istəyirsiniz. O zaman evdə özünüzün hazırlayacağınız bu resept sizi arzularınıza çatdıracaq.
Bunun üçün sizə aşağıdakı inqridiyentlər lazımdır.
Jelatin – 2 xörək qaşığı
Süd – 2 xörək qaşığı
Xiyar şirəsi – 1 xörək qaşığı
Soda – 0,5 çay qaşığı
Jelatin və südü bir qaba tökün , üzərinə sodanı əlavə edin. Daha sonra xiyar şirəsini də qatıb yaxşıca qarışdırın. Hazırladığınız məhlulu sıyıq xəmir forması alana qədər qızdırın. Alınan məhlulu isti halda fırça ilə əllərinizə, üzünüzə çəkin. Tam quruqudan sonra isti su ilə yuyub əlinizə ya nəmləndirici krem çəkin və ya evdə zeytun yağı varsa yağla əvəz edin. Bu resepti ayda 3 dəfə təkrar edin. Müntəzəm istifadənin heç bir ziyanı yoxdur. Sadəcə sizi narahat edən xırda tüklər yox olacaq. Dərinizin ümumi vəziyyəti yaxşılaşacaq. Bu maskadan bədəninizin istənilən nahiyəsi üçün istifadə edə bilərsiniz.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub