Diş ağrılarına dözə bilməyən pələng yardım üçün insanların yanına yönəlib. O, evlərdən birinə yönəlib və eyvanda uzanıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, insident Rusiyanın Xabarovsk diyarındakı Lazo rayonunda, Solonstvıy kəndində yaşanıb.
"Kəndin kənarında, çayın sahilində və meşənin yanındakı evində arvadı və nənəsi ilə yaşayan Aleksey Haydeyev pələnglə üzləşib. Səhər erkəndən həyətə çıxmaq üçün qapını açmaq istəyən Aleksey buna nail olmayıb.O, qapını var gücü ilə itələyib. Qapı bir qədər açılanda Aleksey eyvanda pələngin uzandığını görüb. Pələng nərə çəkib, Aleksey də qorxub tez qapını bağlayıb. O, bələdiyyəyə, ovçuluq təsərrüfatına zəng vurub. Ovçular gələnədək pələng eyvanda uzanmışdı", - kənd sakini Qalina Simarno deyib.
Hadisə yerinə Rusiya Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin regional idarəsinin vəhşi heyvanlarla münaqişəli vəziyyətlərin nizamlanması qrupunun əməkdaşları və "Amur pələngi" Mərkəzinin əməkdaşları gəliblər.
Pələngə yuxu dərmanı vurulub və yırtıcı Kutuzovka kəndinin yaxınlığındakı "Utyos" reabilitasiya mərkəzinə göndərilib.
"Amur pələngi" Mərkəzinin baş direktoru Sergey Aramilevin dediyinə görə, 3 yaşlı dişi pələngin dişlərində ciddi ağrılar vardı. Arıqlamış pələng indi müalicə olunur.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub