Ana-ata olmaq istəyənlər düyü və şəkərdən uzaq durmalıdır. Sonsuzluq problemi yaşayanlar isə gündə bir yemək qaşığından artıq şəkər istifadə etməməlidir.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Sağlamlıq Mərkəzinin direktoru Aydın Arıcı məlumat verib.
Onun sözlərinə görə, şəkərin səbəb olduğu reproduktiv problemin həlli üçün ən gözəl yol həmin şəxsin şəkərdən imtina etməsidir.
"Düzdür, çox adam şəkərdən imtina etməkdə çətinlik çəkir. Lakin sonsuzluq problemi yaşayanlar xüsusən, kristallaşdırılmış şəkərdən imtina etməli, qənd, ağ un, ağ düyüdən uzaq durmalıdırlar. Sonsuzluq problemi yaşayanlar gündə bir yemək qaşığından artıq şəkər istifadə etməməlidir. Aparılan araşdırmaya görə, gündə bir yemək qaşığı şəkər hər dəfə immuniteti 4 saatlıq geri salır. Azalmış immunitet isə göbələk, bakterial infeksiyalar və cinsi yolla keçən xəstəliklər üçün fürsət yaradır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub