Bədənimizdəki bütün orqanların bir mənası var. Əllərimiz, ayaqlar, burnumuz, qulaqlar və s. hər biri fərqli məna kəsb edir. Göbək dəliyimiz də elədir.
Metbuat.az-ın məlumatına görə, körpələr ana bətnində olarkən ananın ciftinə bağlı olan göbək bağı ilə qidalanır. Bu bağ körpə doğulduğu zaman həkim tərəfindən kəsilir. Qısa bir hissə qarnın üstündə qalır, qalan hissə isə quruyub düşür. Daha sonra göbək dəliyi dediyimiz yara izi meydana gəlir.
Hər kəsin göbək dəliyi fərqlidir. Hamiləlik zamanı böyüməkdə olan bir dölə uyğunlaşmaq üçün qadının göbəyi genişlənə, göbək dəliyi çölə çıxa bilər. Ancaq bu vəziyyət doğuşdan sonra əvvəlki halına qayıdır.
Bəzi xanımlar göbək dəliyinə “pirsinq” vurdururlar. Mütəxəssislər bu zaman diqqətli olmağa çağırır, çünki göbək dəliyi bədənin ən gec sağalan yeridir. Göbəyinizi deşdirdiyinizdə o dəliyin tamamilə bağlanması təxminən 1 il vaxt alacaq. Həmçinin, siz “pirsinqi” çıxartsanız, ya da istifadə etsəniz də dəliyi yaxşı təmizləməli və quru tutmalısınız. Əks halda infeksiya qapa bilər.
Göbək dəliyi haqqında müxtəlif inanclar mövcuddur. Məlumata görə, Antik Yunan mədəniyyətində insanın özünün və başqalarının göbəyinə uzun müddət baxmaq bir ritualdır.
İddialara görə, göbəyinizin forması xarakterinizi ələ verir.

1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub