Azərbaycanın 17 millisinin sabiq futbolçusu Haqverdi Yusifovun “Facebook”da paylaşdığı fotosu böyük marağa səbəb olub.
Mynews.az xəbər verir ki, “Bakı” və onun farm klubu (digər klub üçün futbolçu yetişdirməklə məşğul olan komanda) olmuş “Lokomotiv”in sabiq üzvü Yusifov “Lotu Quli” ilə birlikdə çəkilmiş şəklini paylaşıb.
Haqverdi Yusifov kriminal aləmin üzvü olan “Lotu Quli” ləqəbli Nadir Səlifovla şəklini profilə qoyub.
Qeyd edək ki, Gürcüstan azərbaycanlısı olan “Lotu Quli” 22 il həbsdə olub və ötən ilin sonlarında azadlığa buraxılıb. Onun daha sonra Azərbaycanı tərk etdiyi bildirilir.
Haqverdi Yusifovun da məhz azadlığa çıxması üzündən onun şəklini paylaşdığı ehtimal edilir.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub