USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?

10:05 23.01.2017
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar?
10:05 23.01.2017
İnsan dünyasını dəyişən kimi niyə gözünü və çənəsini, əl-ayağını bağlayırlar? Niyə ölünün burun, ağız və qulaq dəliklərinə pambıq qoyulur?
 
Mynews.az islam.az-a istinadən bildirir ki, Risalələrdə də yazıldığı kimi, insan dünyasını dəyişəndən dərhal sonra müstəhəbdir ki, yaxınlıqda olan şəxslər cənazənin gözlərini və ağzını bağlasınlar. Eləcə də, ölünün çənələrini bir-birinin üzərinə sıxıb, çənənin altından təpəyə doğru nazik ip zolağı ilə bağlayırlar. Cənazənin əl-qolunu da düz açırlar. Qollarını bədənin yanına, ayaqlarını da bir-birinə yüngülcə sıxıb bağlayırlar. Bunu ona görə edirlər ki, can bədəndən çıxdıqdan sonra adətən bədənin əzələləri keyləşib bərkiyir və ölü hansı vəziyyətdə dünyasını dəyişibsə, bədən üzvləri həmin vəziyyətdə qalır. Əzələlər bərkiyəndən sonra çənəni bağlamaq, əl-ayağı düzəltmək çətin olur. Eləcə də, bəzi ölüm hallarında baş verən daxili qanaxma nəticəsində ölünün ağzından qan və köpük gələ bilər deyə, çənəsini bağlayırlar. Qüsldən sonra da ölünün ağzına, burun, qulaq və bağırsaq dəliklərinə pambıq qoyurlar ki, qanaxma və ifrazat olmasın, kəfən bulaşmasın

Xəbər lenti

300x200r