Türkiyənin dünyada məşhur olan qəssabı Nüsrət həyat hekayəsini, uşaqlıq şəkillərini izləyiciləri ilə bölüşüb. Bu da sosial şəbəkədə böyük matrağa səbəb olub.
Kolgemedia.az xəbər verir ki, Nüsrət 1998-ci ildə çəkdiyi fotonu "İmkansız deyə bir şey yoxdur" qeydi ilə paylaşıb. Anam və atam oxuma-yazma bilməyib, imkansızlıqdan mən də oxumamışam.

6-cı sinifdən çıxmaq məcburiyyətində qaldım. Öz cəsarətimlə su sataraq, ayaqqabı boyayaraq iş həyatına atıldım. 14 yaşımda qəssablıqla tanış oldum. Ətə tutqun oldum.

Nüsrət Gökçe 1983-ci ildə Ərzurumda dünyaya gəlib. Ailəsinin imkanı olmayıb ki, onu oxutsun. Özü tək həyatda qalmaq üçün mübarizə aparıb. Hətta elə olub ki, 18 saat işləyib. 2009-cu ildə Argentinaya gedərək mətbəx sirlərinə yiyələnib.
Üç ay ərzində fermalarda qalıb, restoranlarda və qəssabxanaları gəzərək təcrübə toplayıb. 2010-ci ildə Amerika Birləşmiş Ştatlarına gedib.

İşində peşəkarlığı öyrənmək üçün Nyu-Yorkun dörd məşhur restoranında pulsuz işləyib və ABŞ-da apardığıhazırladığı menyu məşhur qəzet New York Times-da dərc olunub.

Türkiyəyə qayıdanda özünün ət restoranını açıb.
Yaxın Şərqdə də işini böyüdüb. Sonra Avropada da məkanlar açıb və son dayanacağı da ABŞ olub. 2 il əvvəl Instagramda 300 min davamçısı olan Nüsrətin hazırda 11 milyon izləyicisi var.




1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub