"2028-ci ildə insanlar Mars planetində koloniyalar yaratmağa başlayacaqlar. Zamanda səyahət, yəni gələcəkdən keçmişə keçidlər adi işə çevriləcək. Bitkoin valyuta qismində daha da populyarlaşacaq. Donald Tramp isə ikinci dəfə ABŞ prezidenti seçiləcək. Süni intellekt isə Yerdə hakimiyyəti ələ keçirəcək"
Bütün bunları "Noah", yəni Nuh adlı gənc söyləyib.
Mynews.az Daily Mail-ə istinadən bildirir ki, Apex TV-nin hazırladığı və YouTube-də paylaşdığı videonun qəhrəmanı belə deyir. Səsi dəyişdirilən, üzü gizlədilən gənc "gələcəkdən gəlmiş insan" olduğunu söyləyir.
Onun sözlərinə görə, 2030-cu ildə ABŞ-da İlana Remike adlı şəxs prezident seçiləcək.
"Nuh"un proqnozlarından bəzilərini təqdim edirik: "Qlobal iqlim dəyişiklikləri və istiləşmə nəticəsində Şimali Amerikada havanın orta temperaturu artacaq, Avropada isə, əksinə azalacaq. Elektromobillər dizel mühərrikli avtomobillərdən də sürətlə hərəkət edəcəklər".
"Nuh" daha sonra bildirib ki, onun, əslində, 50 yaşı var. Anoreksiyaya tutulduğu üçün 25 yaşlı gənc təsiri bağışlayır.
Onun dedikləri şübhə doğurduğundan "Nuh" yalan detektorunda yoxlanıb.Detektorun göstəricilərinə görə, "Nuh" yalan danışmayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub