ABŞ-ın Arizona ştatında yaşayan Mişel Mayers tibb elmini heyrətləndirən bir vəziyyətlə qarşı qarşıya qalıb. Şiddətli miqren ağrıları ilə yaşayan Mişel bir gün yenə baş ağrısını sakitləşdrmək üçün yuxuya daldı və durunca ingilis ləhcəsi ilə danışmağa başladı. Ömründə yaşadığı ştatdan kənara çıxmayan qadının birdən-birə ingilis ləhcəsi ilə danışması hamını, hətta özünü də heyrətləndirdi.
Mütəxəssislər bu xəstəliyə “Yad ləhcə” sindromu deyirlər və bunun nevroloji bir xəstəlik olduğunu söyləyirlər. Texas Universitetinin alimləri bildirilər ki, “Yad ləhcə” sindromu danışıq pozuqluğudur. Bunun beyindaxili hüceyrələrin zədələnməsi və hər hansı baş travması ilə əlaqədar olması düşünülür.
Maraqlıdır ki, bu Mayersin qarşılaşdığı üçüncü haldır. Bundan öncə də miqren tutmalarından uzunmüddətli yuxuya dalan qadın ayılınca İrlandiya və Avstraliya ləhcələri ilə ingilis dilində danışmağa başlamışdı və bu hal bir həftə sürmüşdü. İlk baxışda orqanizm üçün heç də qorxulu görünməyən bu hal, Mişelin özünü narahat edir və o özünü yad biri kimi hiss etdiyini söyləyir.
Bu kimi faktlara tibb elmində nadirən olsa da rast gəlinir və pasiyentlərin hətta öncələr bilmədikləri dillərdə də danışmaları qeydə alınıb.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub