Boy ölçüsü insanın xarakterindən xəbər verir

883
Boy ölçüsü insanın xarakterindən xəbər verir

İnsanın üz cizgiləri, bədən dili və hətta boy ölçüsü də onun xarakteri barəsində müəyyən informasiya ötürür. Böyük Britaniya mütəxəssislərinin apardıqları araşdırmalara görə,  qadın və kişilərin boy ölçüləri eyni zamanda müxtəlif temperament tipləri və  xarakterlərin də xəbərçisidir. Beləliklə, aparılan araşdırmaların nəticələrini təqdim edirik.

Qadınlar

150 sm-dən kiçik boy

Siz təbiət etibarı ilə idealistsiniz. Hər zaman dünyanı az da olsa yaxşıya doğru dəyişmək üzərində düşünürsünüz. Başqalarından kömək istəmir, problemləri tək başına həll etməyə çalışırsınız. Buna görə ətrafdakıların sizinlə ünsiyyət qurması mürəkkəb alınır. Lakin sizin xeyirxah və tez yaralanan qəlbiniz var.

151-155 sm. boy

Sizin yaxşı maneralarınız var, ətrafdakılarla yaxşı dil tapırsınız. İnsanlar sizin fikrinizə həvəslə qulaq asırlar. İnandırmağı bacarırısınız. Məsələ planların reallaşadırılması həddinə çatanda siz çox qərarlı olursunuz və istədiyinizi əldə edə bilirsiniz.

156-162 sm.

Möhkəm xarakterli insansınız. Realistsiniz və hər zaman planlarınıza sadiq qalmağa çalışırsınız. Özünüzə və ətrafdakılara qarşı çox tələbkarsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmaqda heç nə sizə mane ola bilməz.

163-168 sm.

Siz enerji dolu  qadınsınız. Natura etibarı ilə çox səmimisiniz. Yeni -yeni bilgilər öyrənməyə hər yaşda maraq göstəririsiniz. Ehtiyacı olanlara kömək etməyə həmişə hazırsınız. Sevgi münasibətlərində bir qədər romantiksiniz və arzulara həddən artıq qapılırsınız.

169-175 sm.

Çətinliklərdən qorxmayaıb, sona qədər getməyi bacarırısınız. Mərcə girmək kimi riskli işləri sevirsiniz və taleyin çağırışlarını qəbil edirsiniz. Məğlub olduğunuz məqamlar isə sizi daha da möhkəmləndirir. Əlçatmaz görünən yüksəkliklərə çata bilirsiniz.

176 sm-dən yüksək

Mürəkkəb xarakterli qadınsınız. Lakin özünü sizə dost hesab edənlər sizi qiymətləndirilər. Ətrafdakı dost və yaxınlarınızın rəyi sizə maraqlıdır. Hesab edirsiniz ki, heç kim sizə əmr edə  və necə yaşamağı öyrədə bilməz.

Kişilər

165 sm-dən aşağıBelə boya sahib kişilərin çox yüksək ambisiyaları olur. Ətrafdakılara qarşı həddən artıq tələbkarsınız. Hərçənd güclü iradəyə malik insan maskası altında siz öz gücünüzə inamsızlığı və qorxularınızı gizlədirsiniz.

165-174 sm

Güclü iradəyə malik insansınız və hər gün özünüzü daha yaxşı  tərbiyə etməyə çalışırsınız.Başınız çox qarışıq olur.Daha böyük  işlərə baş qoşmaq üçün daima qaçhaqaçdasınız. Lakin bu qovhaqovda həyatın ən sadə gözəllikləri barədə unudursunuz.

175-179 sm

Siz ətradakılarla yaxşı yola gedirsiniz. Qarşınızda çoxlu yaxşı imkanlar açılsa da,bəzən daxili qorxularınız sizə addım atmağa imkan  vermir.Qərarlı olun. Hətta, ən uğursuz məqamda belə əldə edəcəyiniz itirdiklərinizdən çox olacaq.

180-190 sm

Sizi görməmək mümkün deyil. Bütün qadınlar sizə diqqət yetirirlər.Maraqlı həmsöhbətsiniz. Ruhunuzun dərinliklərində çoxlu emosiya və həyəcanlar  gizlənib. Tez- tez onları ört -bas etməyə çalışırsınız.

190 sm-dən yüksək

Siz qadağa və məhdudiyyətlərə dözə bilmirsiz. Sizi qəfəsə salmaq istəyənlərə qarşı çox kəskin olursunuz. Çətinlikləri aradan qaldıracaq qədər güclüsünüz, etibarlı dost və tərəfdaşsınız.

Xəbər lenti