Yaxşı qonşu olmaq insanın ruzisini artırar

621
Yaxşı qonşu olmaq insanın ruzisini artırar

Əmirəl-möminin (ə) buyurur: "Rifahın zəkatı - qonşulara yaxşılıq etmək və sileyi-rəhm etməkdir".

Bəs dinimizin nəzərinə görə qonşu kimə deyilir?
"Yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir". ("Nisa" 36).
Bu ayədən də başa düşüldüyü kimi, qonşular o kəslərdir ki, insanın evinin ətrafında yaşayırlar. İnsan gün ərzində onları görə və eşidə bilir. Öz çətinliklərini onlarla bölüşə bilir. Hədislərimizin nəzərinə görə, insanın evinin dörd tərəfində olan qırx ev onun qonşusu hesab olunur.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, dinimiz qonşulara yaxşılıq etməyi və onlarla xoş davranmağı tövsiyə edir və bu sifəti möminin nişanələrindən sayır.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək qonşusuna yaxşılıq etsin". (Həvzəh)
İnsan öz qonşusuna görə Allah qarşısına məsuldur. Əgər qonşusunun çətinliyi olar və o, həll etməzsə, Qiyamət günü buna görə cəzalanacaqdır.
Əmirəl-möminin (ə) vəsiyyətində buyurur: "Qonşulara görə Allahdan qorxun ki, onlar Peyğəmbərinizin (s) tövsiyə etdikləridir. Davamlı olaraq onlar barəsində tövsiyə verərdi və güman edirdik ki, onlar üçün miras qərar verək".
Həzrət Peyğəmbər (s) ənsar ilə mühacir arasında əhdnamə bağlayan zaman qeyd edir: "Qonşu - insanın özü kimidir, qonşuya ehtiram - anaya ehtiram kimidir, qonşuya qarşı da belə olmaq lazımdır".
Ona görə də hədislərimiz tövsiyə edir ki, ev almazdan əvvəl onun ətrafında olan qonşulara bir nəzər sal və onları araşdır. Məbada aralarında nalayiq insanlar olsun. Çünki pis qonşu insanın belini sındırar.
İmam Baqir (ə) buyurur: "Bel sındıran bəlalardan (biri də) pis qonşudur. Əgər səndən yaxşılıq görsə, onu gizlədər. Əgər pis rəftar görsə, ifşa edər".
Qonşuya yaxşılıq etmək insanın ruzisini artırar. İmam Sadiq (ə) buyurur: "Yaxşı qonşu olmaq və qonşu ilə yaxşı rəftar etmək - ruzinin artma mənbəyidir".

Xəbər lenti