Dünyanın ən zəngin 10 ölkəsinin bəzilərinin karbohidrogen ehtiyatlarına sahib olduqları bildirilir. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, siyahı "Global Finance" aylıq maliyyə jurnalı tərəfindən tərtib edilib.
Araşdırmaya görə, dünyanın adambaşına düşən gəlirə görə ən zəngin ölkəsi Qətərdir. Bu ölkədə ÜDM-in 50%-i neft-qaz ixracından əldə edilir və adambaşına gəlir 129 512 ABŞ dolları təşkil edir. İkinci sırada Lüksemburq (100 991 dollar) qərarlaşıb. Bu ölkə ofşor zonalar və münbit investisiya mühiti ilə məşhurdur. Üçüncü sıranı kazinoları ilə məşhur olan Makao (87 845 dollar) tutub. Sonrakı yerləri Sinqapur (86 854 dollar), Bruney (77 662 dollar), Küveyt (70 587 dollar), İrlandiya (69 374 dollar), Norveç (69 031 dollar), Birləşmiş Ərəb Əmirlikləri (67 947 dollar) və San-Marino (64 465 dollar) bölüşür.
Göründüyü kimi, adambaşı gəlirə görə ən zəngin 10 ölkə arasında 5 ölkə neft-qaz ehtiyatları hesabına varlanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub