35 yaşlı ekstrasens Zirəddin Rzayev rus mətbuatına moskvaətrafı şossedə başına gələn qeyri-adı hadisə haqda məlumat verib.
Mynews.az-ın məlumatına görə, Baku.ws-in xəbərində bildirilir ki, onun gözlərinə görə, 28 fevral tarixində axşam saatlarında o şossedə avtomobildə dostu ilə hərəkət edərkən 2 kabus görünüb. "Bitva ekstrasensov" verlişinin ulduzu xəbər verib ki, onlardan biri avtomobilin videoreqistratoruna da düşüb.
"Mən telefonla danışırdım və birdən gözümün ucu ilə 2 fiqur gördüm. Yol çox dar idi, maşınlar sürətlə hərəkət edirdilər. Ətrafda nə mağaza, nə də yanacaqdoldurma məntəqəsi vardı. 20-30 km radiusda heç bir tikili də yox idi. Mən evə qayıtdıqdan sonra registratorun yazısına baxdım və həqiqətən də həmin fiquru gördüm. İndiyə qədər başa düşə bilmirəm ki, bu nə idi. Mən hiss edirəm ki, bu hansısa fövqəladə qüvvələrlə əlaqəli bir haldır. Məndə belə qarabasmalar hər gün olur. Amma videokameraya düşməyi birinci dəfədir”, - deyə o bildirib.
Hadisə zamanı avtomobilin sərnişin oturacağında oturan ekstrasensin yaxın dostu İlya Saqlaini da onun sözlərini təsdiqləyib. O, gördükləri fiqurların əsgərə oxşadığını da bildirib.
"Mən yolun kənarı ilə qaçan əsgər paltarında 2 fiqur gördüm. O, dəqiqə də Zirəddinə onun da görüb-görmədiyini soruşdum. O da mənim dediklərini təsdiqlədi. Sonradan mən düşündüm ki, yolun kənarında səki yoxdur. Yolda isə maşınlar elə sürətlə hərəkət edir ki, insanların orda qaçması mümkün deyil. Çox qəribədir ki, bir ikimiz də bu kabusu eyni vaxtda görmüşük”-deyə o bildirib.