Tanınmış fizik Michio Kakunun yeni kitabında yadplanetlilərin nəyə bənzədiyi ilə bağlı diqqət çəkən iddia var.
Metbuat.az bildirir ki, fizikin illərdir apardığı araşdırmaların nəticələrinin toplandığı kitabda maraqlı məqamlar üzə çıxıb. Fizik iddia edir ki, yadplanetlilər Yupiterin ayı “Europa” və Saturnun ayı “Enceladus” kimi buzla örtülü peyklərdə yaşa bilərlər. Hətta onların bəziləri suyun altında belə yaşaya bilər. Yazıda suyun altında yaşıyan canlılardan ən çox osminoqun yadplanetlilərə bənzədiyi söylənilir.

Kitabda qeyd edilir ki, kainatda dünyaya bənzəyən 40 milyard planet var. Amma onların Yer planeti ilə əlaqə qurması uzun bir müddət tələb edir. Yadplanetlilərin istifadə etdiyi dalğaların səyahət məsafəsi sandığımızdan daha yavaş və ya bizim müəyyənləşdirə bilməyəcəyimiz bir formada ola bilər. Bu səbəblə, hazırki dövrdə onlarla kontakt yaratmaq mümkünsüz kimi görünür.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub