Müğənni Elnarə Xəlilova "Justice for Khojali" ("Xocalıya ədalət") adlı mahnı təqdim edib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, mahnı ingilis və Azərbaycan dillərindədir. Bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjimanı Emil Həşimova aiddir.
Sənətçi mahnının İngilis dilində olmasına da aydınlıq gətirib:
"Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım".
Layihənin rəhbəri Elnarə Xəlilova, təşkilatçıları Rövşən Cahangirov və Yaqub Cavadovdur. Video-klip üzərində Ramin Mirzəyev və Seymur Əlibəyov çalışıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub