Dilşad adlı xanım mağazadan aldığı çörəyin içini gördükdən sorna təəccüblənib. O bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Belə ki, Bakı sakini çörəyi evdə paketdən çıxararkən çörəyin bir hissəsinin siçan tərəfindən yeyildiyini görüb.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sonxeber.az-a açıqlamasında bildirib ki, çörəkdə belə halların baş verməsinə səbəb ölkədə Qida təhlükəsizliyi haqqında qanunun olmamasıdır. Buna görə də saxta mallar çox olur.
"Ölkədə sahibkarlara yaradılan azad, rahat imkanlardan təsssüflər olsun ki, sui- istifadə edirlər. Belə təhlükəli məhsullar da əhaliyə yayılır. Azərbaycanda çörək bişirilən sexlərin 30%-i antisanitar şəraitdə fəaliyyət göstərir. Kiçik çörək sexlərində antisanitar vəziyyət hökm sürür. Bu sahədə monitorinq aparılmalıdır. İstehlakçıların hüquqlarının müdafiəsi proqramına dəyişiklik etmək lazımdır. Qidanın təhlükəsizliyini təmin edən sənədlər qəbul edilməlidir. Bu na görə də istehlakçılar çörək alarkən diqqətli olmalı, onun istifadə tarixinə baxmalıdırlar. Belə məhsulları almaqdan imtina etməlidirlər. Sanitar-gigiyenik qaydalara zidd olan belə çörəklərin satışının qarşısı dövlət orqanları tərəfindən alınmalıdır".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub